BolgeXeber.Com » Xəbərlər » “Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb

“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb

12-09-2019, 15:57
Oxunub: 3 238 “Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölübBakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ege hospital”da ölüm hadisəsi baş verib

"Yeni Sabah"ın “Report”a istinadən xəbərinə görə, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Sayt məsələ ilə bağlı “Ege hospital”a müraciət edib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.