BolgeXeber.Com » Şou-Biznes » Manaf Ağayev: "Toydan sonra yengə lazım deyil" - VİDEO

Manaf Ağayev: "Toydan sonra yengə lazım deyil" - VİDEO

13-09-2019, 11:24
Oxunub: 5 806 Manaf Ağayev: "Toydan sonra yengə lazım deyil" - VİDEO"Toydan sonra yengə lazım deyil".

BAKU.WS xəbər verir ki, bu sözləri tanınmış müğənni Manaf Ağayev deyib.

APA TV-də yayımlanan "Tahirə ilə gecə söhbətləri" verilişinin qonağı olan ifaçı lazımlı və lazımsız adət-ənənələrlə bağlı fikirlərini açıqlayıb.

O, bəzi toy adətlərinin aradan qaldırılmasının zamanı gəldiyini bildirib və toydan sonra yeni cütlüyün yengənin müşayiətilə gərdəyə girməsini pisləyib:

"Elə adət-ənənələrimiz var ki, mənim heç xoşum gəlmir. Bizə yaraşmaz. Məsələn, toydan sonra yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevim evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?!"