Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq
14-09-2019, 17:56
Oxunub: 7 212
Türkiyənin İqdır vilayətində Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun simvolik adı verilən zirvədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq
Bolgexeber.com xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğundan "APA"ya verilən məlumata görə, vilayətin Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə hər iki dövlətin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti (90X70 sm) yerləşdiriləcək.
Qeyd olunub ki, sentyabrın 16-da vilayət mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Sentyabrın 17-də isə baş konsul Nuru Quliyev, Azərbaycanın tanınmış ziyalıları, Türkiyənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda konfrans keçiriləcək.
Qeyd edək ki, dağ idmançılarının marağını çəkən, turistləri cəlb edən Təkaltı dağının cənub zirvəsinə keçən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə