BolgeXeber.Com » Siyasət » Tunisdə seçki: qalib yox, liderlər var

Tunisdə seçki: qalib yox, liderlər var

16-09-2019, 14:53
Oxunub: 5 003 Tunisdə seçki: qalib yox, liderlər varTunisdə sentyabrın 15-də keçirilmiş prezident seçkisinin ilkin qeyri-rəsmi nəticələri bəlli olub

Novator.az-ın məlumatına görə, 24 namizədin yarışdığı ilk turda heç kim 50%-dən çox səs yığa bilmədiyi açıqlanıb. Hüquq professoru Kais Səidin ilk turda 19,5%, korrupsiya, vergidən yayınma, çirkli pulların yuyulması ittihamları ilə həbsdə olan media maqnatı Nabil Karuinin 15,5% səs topladığı bildirilir.

Qeyri-rəsmi nəticələrə əsasən, islamçı Əbdülfəttat Muru 11%, milli müdafiə naziri Əbdül Kərim əz-Zbidi 9,4%, baş nazir Yusif Şahid 7,5% səs əldə edib.

İlkin rəsmi nəticələr sentyabrın 17-də açıqlanacaq.

Ölkədə növbəti prezident seçkisi noyabrın 17-də olmalı idi. Dövlət başçısı Beci Kaid Əs-Səbsi iyulun 25-də vəfat etdiyindən səsvermə qabağa çəkilib.