BolgeXeber.Com » Bölgə » İlk dərs günündə Goranboyda məktəbin tavanı uçdu-FOTO

İlk dərs günündə Goranboyda məktəbin tavanı uçdu-FOTO

16-09-2019, 16:19
Oxunub: 6 260 İlk dərs günündə Goranboyda məktəbin tavanı uçdu-FOTOGoranboy rayonunda məktəb binasının tavanının uçması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Boluslu kənd məktəbində qeydə alınıb. Məktəbdən bildirilib ki, direktor bu məsələ ilə bağlı rayon rəhbərliyinin qəbulunda olduğu üçün əlavə məlumat verə bilməzlər. Lakin heç kimin xəsarət almadığı vurğulanıb.
Rayon Təhsil Şöbəsindən bildirilib ki, həmin tikili məktəb kimi istifadə olunmur: “O bina 1930-1935-ci illərdə tikilib, bir neçə ildir orada dərs keçirilmir. 2000-ci ildən sonra həmin kənddə yeni tədris korpusu tikildi və dərslər də orada keçirilir. Tavanı uçan tikiliyə odun yığırlar. Sadəcə valideynlərdən biri bu xəbəri yayıb ki, yenə də əlavə məktəb tikilsin”.
İlk dərs günündə Goranboyda məktəbin tavanı uçdu-FOTO