BolgeXeber.Com » Ölkə » 27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını OĞURLADI - Azərbaycanda ŞOK OLAY
27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını OĞURLADI - Azərbaycanda ŞOK OLAY
17-09-2019, 11:40
Oxunub: 2 487
Cinayət işi üzrə Lalə Əhmədova zərərçəkmiş şəxs kimi tanınaraq dindirilib, məhkəmə tibbi ekspertizası təyin edilib
Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar.
Bolgexeber.com Unikal.org-a istinadən xəbər verir ki, 13.09.2019-cu il tarixində Əhmədov Akif Şahmar oğlu DİN-in 102 xidmətinə zəng edərək bildirib ki, qızı Lalə Əhmədovanı gəlinlərinin qardaşı, onun qohumları və tanışları qaçırıb. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qeyd olunan tarixdə saat 10 radələrində 1987-ci il təvəllüdlü L.Əhmədovanı Tərəvəzçilik Savkozunda yerləşən evlərindən gəlinləri Çinarə Əhmədovanın qardaşı 1992-ci il təvəllüdlü Hüseynov İlkin Ədalət oğlu, onun xalası oğlu 1982-ci il təvəllüdlü Əliyev Xəlil İbrahim oğlu, habelə Emin və Ramal adlı şəxslər zor tətbiq edərək oğurlayıb. Sonra onu Mingəçevir şəhərində yerləşən "Su anbarı"nın yanına apararaq, orada Xəlil Əliyeva məxsus "Toyoto Prado" markalı avtomobildə saxlayıblar. Bir gün sonra polis əməkdaşları onlarla əlaqə yaradaraq, Lalə Əhmədovanı təhvil verməli olduqları dedikdən sonra onu polis şöbəsinə təhvil veriblər.
Hadisə ilə bağlı Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Cinayət işi üzrə Lalə Əhmədova zərərçəkmiş şəxs kimi tanınaraq dindirilib, məhkəmə tibbi ekspertizası təyin edilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər