Qatarlar 20 dəqiqə gecikdi – Bakı metrosunda nə baş verir?
17-09-2019, 12:34
Oxunub: 2 684
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə müşahidə olunub. Hətta bəzi qatarlar arasında interval 15-20 dəqiqəyə çatıb.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov qeyd edib ki, səbəb avtomatlaşdırılmış sistemin donması ilə əlaqədardır.
“Səbəb odur ki, artıq qatarlar avtomatlaşdırılmış sistemlə işləyir. Buna görə də qapılar da avtomatlaşdırılıb. Qapılara hər hansı bir müdaxilə olanda onlar avtomatik olaraq açılıb-bağlanır. Bu bir neçə dəfə baş verəndə avtomatlaşdırılmış sistemdə donma baş verir. Belə olduğu halda proqram təminatı yenidən yüklənməlidir. Bu proses də təxminən, 2-3 dəqiqə vaxt aparır və təbii ki, intervalın pozulmasına gətirib çıxarır. Ona görə də bu gün səhər saatlarında bütün intervallarda pozulma baş verib. Bu problem yaxın vaxt ərzində qaldırılacaq. Sadəcə 2 gündür ki, metrolarda böyük sıxlıq var. Biz sərnişinləri də başa düşürük. Onlar qatara girməyə çalışırlar, amma onların qapılara göstərdiyi təzyiq avtomatlaşdırılmış sistemdə əksini tapır”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər