BolgeXeber.Com » Media » Jurnalist vəhşicəsinə döyüldü

Jurnalist vəhşicəsinə döyüldü

13-04-2013, 21:15
Oxunub: 7 127 «Hop-hop» jurnalının əməkdaşı İbadullah Məmmədov zaqatalalı «Axaxlı» Zahidin qəzəbinə tuş gəlib

Dünən gecə saatlarında «Hop-Hop» satirik jurnalının Zaqatala üzrə bölgə müxbiri İbadullah Məmmədov döyülüb. Bu barədə Bolgexeber.com-a döyülən jurnalistin özü məlumat verib.
O bildirib ki, döyülməsinin səbəbkarı Zaqatalada məşhur şəxslərdən biri olan, uzun illərdir Qax, Balakən və Zaqatala meşələrini qıraraq, meşə ağaclarından inşaat materialları hazırlayan «Axaxlı» Zahiddir. Belə ki, «Axaxlı» Zahid özü ilə bərabər daha 3 nəfərlə jurnalistin yanına gəlib. İ.Məmmədova bildiriblər ki, mətbuata meşə qırıntısı ilə bağlı məlumatları ötürdüyünə görə onu cəzalandıracaqlar. Və ardından əvvəlcə Zahid ona zərbə endirib. Daha sonra isə yanındakı 3 nəfər şəxs jurnalisti döyməyə başlayıblar.
İbadullah Məmmədov onu döyənlərdən yalnız «Axaxlı» Zahidi tanıdığını deyir. Digər üç nəfərin kimliyi isə ona məlum deyil.
Jurnalist deyir ki, onu döyənlərin dediyi kimi, o, ümumiyyətlə, bölgədə meşələrin qırılması ilə bağlı mətbuata heç bir məlumat ötürməyib. «Axaxlı» Zahidə gəldikdə isə bu şəxsin sözügedən bölgədə onlarla ağac emalı və parket sexlərinin olduğundan xəbərdar olduğunu vurğulayıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.