XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Hacı Əliyevi uduzdurdular, hakimi vurmaq istədi, araya polis girdi

Hacı Əliyevi uduzdurdular, hakimi vurmaq istədi, araya polis girdiQazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

65 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidova uduzub – 2:4.

Lakin idmançımız bu görüş qalmaqallı keçib. Belə ki, görüşün bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən iki xalla qiymətləndirilib və idmançımız 4:3 irəli keçib. Lakin rəqibin etirazından sonra bu iki xal silinib və dağıstanlı idmançıya daha bir xal verilib.

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində etiraz əlaməti olaraq mübarizəni davam etdirməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.

O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi ikiqat Avropa çempionu olan rusiyalını tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb. Bundan sonra Hacı Əliyev dünya çempionatından diskvalifikasiya olunub.

Qeyd edək ki, Hacı Əliyev 2017-ci ilin dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanmışdı.(oxu.az)
Bölmə: İdman | 19 sentyabr 2019 12:03





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: