XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Maşın” şouda onlar yarışacaq

“Maşın” şouda onlar yarışacaqÖlkənin ən reytinqli layihəsi olan “Maşın” şou oktyabrın 1-dən start götürəcək

17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq. İştirakçıların adı gizli saxlanılsa da, musavat.com bəzilərinin kimliyini öyrənib.
Avtomobil qəzası keçirdiyi üçün ötən verilişdə iştirakçı ola bilməyən müğənni Türkan Vəlizadə bu dəfə maşın ətrafında olacaq.
Daha öncə şouya qatılan və ikinci olaraq layihəni tərk edən Elcan Rəsulovun da adı iştirakçılar arasında var. Lakin “Ər-arvad” serialında Elcanın tərəf müqabili olan aparıcı Kəmalə Piriyevə oyuna qatılsa, Elcanın siyahıdan çıxarılacağı bildirilir.
Yeni klipləri və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni Rəqsanənin qızı Aysun da avtomobil uğrunda yarışacaq.
“Mash-up”ları ilə trenddə birinci olan vayner Rəsul Abbasov da “Maşın” ətrafında yer alacaq.
Açıqlamaları ilə “Maşın” şouya damğa vuran müğənni Səidə Sultan yenidən tamaşaçı qarşısına iştirakçı olaraq çıxacaq.
Aparıcı Samir Bayramlının da siyahıda olduğu məlum olub.
Sosial şəbəkə fenomeni olan Bayram Nurlunun adı siyahı da olsa da, daha sonra onun iştirakçı olması təsdiqlənməyib.
Ötən buraxılışlarda uşaqlarının balaca olduğunu deyərək layihəyə qatılmayan aktrisa Sevinc Əliyeva Murad Dadaşovun təklifini geri çevirməyib.
Musavat.com


Bölmə: Şou-Biznes | 19 sentyabr 2019 15:40





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: