XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Alı Alıyev Kürdəmir rayonunda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb

Alı Alıyev Kürdəmir rayonunda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşübPrezident cənab İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır

Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Bolgexeber.com xəbər verir ki, Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Kürdəmir rayonunda keçirilmişdir.

Alı Alıyev bildirmişdir ki, bu cür görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir.

Alı Alıyev həmçinin sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki, həqiqətən də, cənab Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.

Görüşdə Kürdəmir rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Görüş zamanı çıxış edən məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər, göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlarına, öz ata-baba yurdlarına qayıtmaqdır.
Alı Alıyev Kürdəmir rayonunda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Alı Alıyev Kürdəmir rayonunda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Alı Alıyev Kürdəmir rayonunda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Alı Alıyev Kürdəmir rayonunda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Bölmə: Bölgə | 20 sentyabr 2019 11:06





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: