XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtər icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində oldu

Tərtər icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində olduTərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Soyulan kənd İƏD üzrə nümayəndəliyin Alışarlı kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Alışarlı kəndinin 118 təsərrufatı, 403 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.
Ötən il kənd sakinləri hər hektardan 32 sentner pambıq, 37 sentner taxıl, 38 sentner arpa, 300 ton çuğundur, 100 kq barama təhvil veriblər.
Bu il isə 10 hektarda arpa, 15 hektarda buğda, 150 hektarda çuğundur, 24 hektarda pambıq əkiblər. Hər hektardan 37 sentner taxıl, 38 sentner arpa götürüb, 300 kq barama təhvil veriblər, Alışarlı kəndinə gələn ana arxın 1000 metri, magistral yolun kənarları məişət tullantılarından təmizlənmiş, kəndarası yollara çınqıl tökülmüşdür. Kənddə elektrik təsərrüfatının yenidən qurulmasına, 1 ədəd subartezian quyusunun qazılmasına ehtiyac var.
İcra nümayəndəsinin məlumatından sonra, sakinlərin müraciətləri dinlənildi. Sakinlərdən Əşrəf Sadıqov görülən işlərə görə, respublika Prezidentinə sakinlər adından öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, kənd yolu asfaltlanıb, fasiləsiz işıq, qaz, su ilə təmin olunuruq, yaxşı yaşayır, işləyir, ailəmizin firavanlığını təmin edirik.
Kəndimizdə əkin sahələrinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması üçün 1 ədəd subartezian quyusunun qazılmasına ehtiyac var.
Sonra kənd ağsaqqalı Nəsib Quliyev kəndarası yolların təmiri ilə bağlı, Rövşən Qasımov isə “Azərkənd” MMC-nin əkin sahələrinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdi.
Edilən müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
Bolgexeber.com
Tərtər icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində oldu
Tərtər icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində oldu
Tərtər icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində oldu

Bölmə: Bölgə | 20 sentyabr 2019 16:20





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: