BolgeXeber.Com » İdman » Messi ilin ən yaxşı futbolçusu oldu

Messi ilin ən yaxşı futbolçusu oldu

24-09-2019, 10:00
Oxunub: 4 919 Messi ilin ən yaxşı futbolçusu olduİspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, mükafatlandırılma mərasimi Milanda keçirilib.

İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp ilin ən yaxşı məşqçisi elan edilib.

Qeyd edək ki, birincilik uğrunda "Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino da namizəd olub.