BolgeXeber.Com » Şou-Biznes » "Hacı ilə rəsmi nikaha ehtiyacımız yoxdur"-VİDEO

"Hacı ilə rəsmi nikaha ehtiyacımız yoxdur"-VİDEO

24-09-2019, 12:26
Oxunub: 7 581 "Hacı ilə rəsmi nikaha ehtiyacımız yoxdur"-VİDEOÖtən gün müğənni Xatun Əliyeva sevgilisinin əli, qolu ilə şəkil paylaşan həmkarlarını tənqid edib

SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Trenddə birinci ola bilərsiniz. Amma hörmət üçün illərlə çalışmalısan. "İnstagram"da paylaşım edənlərə deyirəm, insanları öyrəşdirməyin. Bizdən də izləyicilər bunları tələb edir. Mənə deyirlər, sən bir sevgili tapmırsan? Sual qabağında aciz qalıram. Mən sevgili tapmalıyam, maşın alıb, üstünə bant bağlamalıyam?
Gələcək övladlarımızı yetişdirmək üçün etməyin. Hansısa 1 aylıq sevgi üçün kişinin əlini sosial şəbəkəyə qoymayın. Hamı əl qoya bilər. Heç özünüzün halal yoldaşınız deyil. Axtarsan heç əri də deyil. Etməyin".
Xatunun bu sözlərinə tez-tez "İnstagram"da sevgilisinin qolunu paylaşan Afət Fərmanqızı cavab verib: "Mən heç bir avtomobilimi kreditlə almamışam. Qaldı ki, şəxsi həyatıma, Hacı və mən subayıq. Dini nikahımız var. Var-dövlətə görə rəsmi nikaha ehtiyacımız yoxdur".

"Hacı ilə rəsmi nikaha ehtiyacımız yoxdur"-VİDEO
"Hacı ilə rəsmi nikaha ehtiyacımız yoxdur"-VİDEO
"Hacı ilə rəsmi nikaha ehtiyacımız yoxdur"-VİDEO