Teymur Rəcəbov Dünya Kubokunda yarımfinala yüksəlib
24-09-2019, 18:08
Oxunub: 5 156
Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ikinci partiyaları oynanılıb.
“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Syunla yenidən üz-üzə gəlib.
Şahmatçılar arasında ikinci dueldən Rəcəbov qalib ayrılıb - 1:0. İlk görüş heç-heçə başa çatdığından təcrübəli qrossmeyster yarımfinala yüksəlib.
Azərbaycanın digər şahmatçıları isə mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.
Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək.
Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər