BolgeXeber.Com » Dünya » Türkiyədə alkoqollu içki və tütün markaları ilə bağlı qadağa

Türkiyədə alkoqollu içki və tütün markaları ilə bağlı qadağa

25-09-2019, 16:41
Oxunub: 4 413 Türkiyədə alkoqollu içki və tütün markaları ilə bağlı qadağaTürkiyədə yaşayan sosial şəbəkə istifadəçilərinin tvitter və instaqramda alkoqollu içki markalarını izləyə bilmədiyi məlum olub.

“Tuborg”, “Carlsberg”, “Leffe”, “Jack Daniel’s”, “Corona”, “Heineken” kimi bir çox məşhur brendin sosial şəbəkədəki hesabını izləmək istəyən izləyicilər “Bu hesabı izləyə bilməzsən. Bu hesab ölkəndə izlənilə bilməz” xəbərdarlığı ilə qarşılaşıblar. Digər tərəfdən isə feysbukda belə bir məhdudiyyətin olmadığı görünüb.

Bilgi Universitetinin Hüquq Fakultəsinin üzvü, professor Yaman Akdeniz bu tip hesablara Türkiyədən daxil olmağın uzun müddətdir qadağan edildiyini təxmin etdiyini, bu qərarda Türkiyə məhkəmələrinin və ya dövlətin əlinin olmadığını bildirib.

Onun sözlərinə görə, qərarı sözügedən içki və tütün şirkətlərinin özü vermiş ola bilər.