Məhəbbət 5 il yaşayır: Boşananlarla bağlı statistika
26-09-2019, 16:23
Oxunub: 11 290
Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib.
2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb.
Boşananlarının 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib.
Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.
Ötən il boşanan kişilərin 1-nin yaşı 18, 4-nün yaşı 19 olub.
Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 141 nəfər olub.
Ümumilikdə, 2018-ci ildə boşanan kişilərin 589-u 20-24 yaşlı, 2865-i 25-29 yaşlı, 3716-ı 30-34, 2751-i 35-39 yaşlı, 1790-ı 40-44 yaşlı, 1204-ü 45-49 yaşlı, 872-si 50-54 yaşlı, 560-ı 55-59 yaşlı, 462-i 60 və yuxarı yaşlı olub.
Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 2025 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub.
5-9 illik nikahlarından sonra boşanan kişilər arasında isə 30-34 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1714 kişi boşanıb.
Nikahları 10-19 il davam etdikdən sonra boşanan kişilər arasında 35-39 yaşlılar çox olub. 2018-ci ildə 1246 nəfər 35-39 yaşlı kişi boşanıb.
Nikahları 20 il və daha çox davam edən kişilər arasında isə 50-54 yaşlılar üstünlük təşkl edib. Keçən il 536 kişi 20 il və daha çox davam edən nikahına son qoyub.
Ümumilikdə, 2016-cı ildə boşanan 14857 qadının 39-u 18 yaşlı, 141- i 19 yaşlı, 338 nəfəri 20-24 yaşlı, 3958 nəfəri 25-29 yaşlı, 3161 nəfəri 30-34 yaşlı, 1970 nəfəri 35-39 yaşlı, 1212 nəfəri 40-44 yaşlı, 829 nəfəri 45-49 yaşlı, 586 nəfəri 50-54 yaşlı, 390 nəfəri 55-59 yaşlı, 215-i 60 və yuxarı yaşda olanlardır.
Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan qadınlar arasında 20-24 yaşlılar üstünlük təşkil edib. Ötən il 1924 nəfər 20-24 yaşlı qadın 5 ilədək davam edən nikahını ləğv etdirib.
Nikahları 5-9 il davam edən qadınlar arasında isə 25-29 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1919 qadın boşanıb.
Nikahları 10-19 il davam edən qadınlar arasında isə 30-34 yaşlılar çox olub. 2018-ci ildə 1254 nəfər 35-39 yaşlı qadın boşanıb.
Nikahları 20 il və daha çox davam edən qadınlar arasında isə 45-49 yaşlılar üstünlük təşkl edib. Keçən il 495 qadın 20 il və daha çox davam edən nikahına son qoyub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər