BolgeXeber.Com » Dünya » Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunur

Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunur

27-09-2019, 10:12
Oxunub: 4 015 Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunurRusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq.

Virtualaz.org bildirir ki, Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.

Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur.

Bundan əlavə, tibb müəssisələrində və kinoteatrlarda da yanğın təhlükəsizliyi qaydalarına əlavələr edilib. Kinoteatrlarda film başlamazdan əvvəl tamaşaçılara yanğın zamanı davranış qaydaları barədə məlumat veriləcək. Tibb müəssisələrində isə uşaq və ağır xəstələr birinci mərtəbələrdəki palatalara yerləşdiriləcək.