BolgeXeber.Com » Ölkə » Baş həkim vəzifəsindən azad edildi

Baş həkim vəzifəsindən azad edildi

27-09-2019, 10:39
Oxunub: 3 032 Baş həkim vəzifəsindən azad edildiŞamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.

Gununsesi.org xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb.

Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunmuşdu. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması idi.

Belə ki, araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib