XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi problemlər var” - deputat

“Ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi problemlər var” - deputatParlament üzvü ilə bankların kredit faizlərini yüksək qoyması, sosial evlərlə bağlı problemlər, ərzaq məhsullarının bahalaşması, keyfiyyəti və s. məsələlər ətrafında müzakirə apardıq

Millət vəkili Vahid Əhmədovun “Sherg.az”a müsahibə verib.

Parlament üzvü ilə bankların kredit faizlərini yüksək qoyması, sosial evlərlə bağlı problemlər, ərzaq məhsullarının bahalaşması, keyfiyyəti və s. məsələlər ətrafında müzakirə apardıq.

Söhbəti təqdim edirik.


-İllərdir, kredit faizlərinin yüksək olması barədə haqlı narazılıqlar var. Sizcə, bu məsələyə niyə əncam çəkilmir ?

-Milli Məclisin komitə iclasında bu məsələyə toxunmuşam. Prezident İlham Əliyev sözügedən məsələ ilə bağlı analoqu olmayan bir fərman imzaladı. Dünya təcrübəsində belə addım olmayıb ki, dövlət büdcəsindən banklara 620 milyon vəsait ayrılsın. Həmin pullarla insanların əmanətləri qaytarıldı. Bu vəsaitin banklara verilməsində məqsəd həm də ondan ibarət idi ki, banklar kredit faizlərini aşağı salsınlar. Amma bundan sonra da kredit faizləri aşağı düşmədi. Ona görə də, bu məsələyə Milli Məclisdə yenidən toxunacağıq. Çox ciddi problemdir. İstərdik ki, bankçılarla görüşüb, bunun səbəbini araşdıraq. Kredit faizlərinin yüksək olması daim aktualdır.

-Sosial evlərin şərtləri ilə bağlı giley-güzar edənlər var. Bu mənzillər alçatan deyil...

-Sosial mənzillər və kirayə evlər məsələsi də gündəmdədir. Yəqin bu günlərdə kirayə evlər də işə düşməyə başlayacaq. Bu böyük bir layihədir. İlk olduğu üçün müəyyən poroblemlər üzə çıxa bilər. Amma sosial evlərin şərtlərində problemlər var. Bunu etiraf etmək lazımdır. Məsələn, yazırlar ki, 35 yaşına qədər olan elmlər namizədi sosial mənzil layihəsindən yararlana bilər. Həmin şərtin əleyhinə çıxmışdım ki, 35 yaş,40-45yaşa qaldırılmalıdır. Amma buna imkan vermədilər. Yaşı 35-dən yuxarı olan, elmlər namizədi dərəcəsi alanlara sosial mənzil düşmür.
Şərtlərdə problemlər var. Bunun üzərində işləmək lazımdır. Sosial evlər və kirayə mənzillər böyük bir layihədir. Bu, həyata keçirilir və kerçirilməlidir də. İnsanların evlə təminatı ümdə məsələdir.

-Əməkhaqlarının artırılması xəbəri yayılan kimi, ərzaq məhsullarının da qiyməti bahalaşdı. Bu, süni qiymət artımıdır idi, yoxsa... ?

- Bu proses həmişə belə olub, əməkhaqları artan kimi bazarlarda ərzaqın qiyməti bahalaşır. İndi də eyni hal baş verir. Qiymətlər bahalaşır. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov bazarları gəzdi. Qiymətlərlə tanış oldu və qiymətlərin bahalığına etirazını bildirdi. Fakt faktlığında qalır. Doğrudur, deyirlər ki, bazar iqtisadiyyatıdır, sahibkar istədiyi qiyməti qoya bilər. Amma hökumətin özünün ehtiyatı olmalıdır. Lazım olanda hökumət müəyyən məhsuldan bazara buraxmalıdır ki, qiymətlər stabilləşsin.

-Ərzaqın keyfiyyətinə dair də narahatlıqlar mövcuddur...

- Doğrudur, bəzi ərzaq məhsullarının keyfiyyətində ciddi problemlər aşkarlanır. Azərbaycanda ərzaqın keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baxır. Düzdü, bu qurum təzə yaranıb və müəyyən işlər görür, amma çox ciddi işlər görülməlidir. Azərbaycanda ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Çünki ərzaq məhsullarının keyfiyyətsizliyinə görə, yaranan xəstəliklərin sayı kəskin artıb. Ərzaq məhsullarının qiyməti ilə bağlı monitorinqlər aparılmaldır. İqtisadiyyat nazirliyinin aidiyyəti strukturları var, onlar bu işlərə nəzarət etməlidir. Qiymətlərdə stabilləşmə prosesi aparılmalıdır”.
Bölmə: Müsahibə-Reportaj | 27 sentyabr 2019 10:40





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: