BolgeXeber.Com » Sosial » Ötən il boşananların 45 faizindən çoxu uşaqsız ailələr olub

Ötən il boşananların 45 faizindən çoxu uşaqsız ailələr olub

28-09-2019, 18:13
Oxunub: 5 093 Ötən il boşananların 45 faizindən çoxu uşaqsız ailələr olubÖtən il Azərbaycanda, ümumilikdə, qeydə alınan 14 857 boşanma halının 6559-u uşaqsız ailələrdə baş verib

Uşaqlı boşanan ailələrin sayı isə 8298 təşkil edib.

Bundan başqa, iki və daha çox uşaqlı boşanan ailələrin sayı 4404-dür.

Ötən il qeydə alınan boşanma faktlarında nikahın davametmə müddətinə gəlincə, 5 ilə qədər davam edən nikahların sayı 5296, 5-9 il davam edən 4188, 10-19 il davam edən 3441, 20 il və yuxarı davam edən nikahlar 1932 təşkil edib.

Qadın və kişilər arasında yaş qruplarına görə boşanma faktları daha çox 25-29 və 30-34 yaş aralığında qeydə alınıb.

Ötən il ölkədə 62 484 nikah qeydə alınıb. Onlardan 338-i gəlinlər arasında 18 yaşadək olub. Bəylər arasında bu rəqəm 7 olub. 18-19 yaş arasında nikaha girən gəlinlərin sayı 13 795, bəylərin sayı isə 156 nəfər olub. 60 və yuxarı yaşda nikaha girən gəlinlərin sayı 210, bəylər isə 182 təşkil edib.