BolgeXeber.Com » Ölkə » İşdən çıxarılan icra başsçısı hansı keçmiş nazirin dayısıdır? – DOSYE

İşdən çıxarılan icra başsçısı hansı keçmiş nazirin dayısıdır? – DOSYE

30-09-2019, 18:16
Oxunub: 2 933 İşdən çıxarılan icra başsçısı hansı keçmiş nazirin dayısıdır? – DOSYEXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ənvər Seyidəliyevi Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib

Dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub

Qaynarinfo xəbər verir ki, Seyidəliyev Ənvər Qasım oğlu 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib. 1975-1976-cı illərdə hərbi xidmətdə olub.
1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib və 12 ilə yaxın bu vəzifəi tutub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir oğlu və üç nəvəsi var.
Qeyd edək ki, Ənvər Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır. Səlim Müslümov 22 oktyabr 2013-cü ildə nazir təyin olunub və Prezidentin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.