BolgeXeber.Com » Şou-Biznes » Musa Musayev:“Arvadımı yatağımızda başqa kişi ilə tutdum“

Musa Musayev:“Arvadımı yatağımızda başqa kişi ilə tutdum“

15-04-2013, 13:15
Oxunub: 4 456 “Məni şəmkirli biznesmenlə aldatdı”

Musa Musayevlə Təranə Qumral qalmaqalla ayrılıblar.

Bolgexeber.com qafqaz.info-ya istinadən xəbər verir ki, cütlük təxminən 2 həftə əvvəl Nərimanov rayon məhkəməsində rəsmi qaydada boşanıb. Lakin bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb. Fakta aydınlıq gətirmək üçün Musa Musayevlə əlaqə saxlanılıb. Müğənni deyilənləri təsdiqləyərək ayrılmaqlarının səbəbini açıqlayıb: “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib”, - deyə açıqlama verən M.Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə edib: “Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə q...ə imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

Xatırladaq ki, Təranə Qumral 2 nəvənin nənəsidir.