BolgeXeber.Com » İqtisadiyyat » Sabah jurnalistlərdən çıxarış üçün sənədlər toplanacaq

Sabah jurnalistlərdən çıxarış üçün sənədlər toplanacaq

1-10-2019, 12:34
Oxunub: 2 971 Sabah jurnalistlərdən çıxarış üçün sənədlər toplanacaqƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.

Komitədən Bolgexeber.com-a verilən məlumata görə, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.