BolgeXeber.Com » Ölkə » Zakir Qaralov: "Bu il korrupsiya hallarına görə 397 vəzifəli şəxs haqqında cinayət işi başlanılıb"

Zakir Qaralov: "Bu il korrupsiya hallarına görə 397 vəzifəli şəxs haqqında cinayət işi başlanılıb"

1-10-2019, 14:33
Oxunub: 3 074 Zakir Qaralov: "Bu il korrupsiya hallarına görə 397 vəzifəli şəxs haqqında cinayət işi başlanılıb""Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib".

Bolgexeber.com-un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proseslərdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib: "Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".