BolgeXeber.Com » Şou-Biznes » Qardaşı: “Musa qədər namussuz, qeyrətsiz insan yoxdur”

Qardaşı: “Musa qədər namussuz, qeyrətsiz insan yoxdur”

15-04-2013, 15:10
Oxunub: 5 034 Tanınmış bəstəkar Cabbar Musayev qardaşı Musa Musayevin Təranə Qumraldan ayrılması xəbərinə Publika.Az vasitəsi ilə münasibət bildirib.

“Biz nəsillikcə Musanı qohumluqdan çıxarmışıq, o nəinki nəslimizin adına, doğulduğu İmişlinin adına ləkədir. Vaxtında ona anam da, əmim Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi, dedi ki, iki dünya bir ola ondan ayrılmayacağam. İndi ölüb yerə girsin. Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını yedi, xarab etdi”.

Birdən Musa əsəbiləşib Təranəyə xəsarət yetirə bilərmi?

“Haradaydı Musada o qeyrət. Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur. Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş. Musaya o da azdır”.