XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Bu haqsızlığa tez-tez uğrayırıq” – Hacı Əliyevdən sərt tənqid - Video

“Bu haqsızlığa tez-tez uğrayırıq” – Hacı Əliyevdən sərt tənqid - Video3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev İctimai Televiziyanın "Bol İdman" verilişində qonaq olub

“Yeni Sabah” xəbər verir ki, güləşçimiz Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidovla təsnifat mərhələsində baş verən qalmaqaldan danışıb. 28 yaşlı idmançı məşqçiləri - Arif Abdullayev və Zəlimxan Hüseynova da öz iradını bildirib. Sabiq məşqçisi Firdovsi Umudovun orada olmamasını da təəssüflə xatırlayıb:

“İnanırsınız, artıq bu söz-söhbətdən yorulmuşam. Gələndən bəri həm dostlar, həm də qohumlar bu haqda sual verir. Ancaq mən o stresi başımdan atmaq üçün uzaq dururdum. İdmanda qalib gəlmək də olur, məğlub olmaq da. Amma biz bu haqsızlığa tez-tez uğrayırıq. Hakimlər bəzən 50/50-yə düşündükdə haqsızlıq edə bilirlər. Amma budəfəki hadisə ilk dəfə idi ki, baş verirdi. Hakimlərin etdiyi böyük səhv idi. Dünya çempionatına belə zəif hakimləri, təcrübəsiz hakimləri buraxmaq beynəlxalq federasiyanı düşündürməlidir. Bu onların adına ləkədir. Çünki belə də idmanı maraqsızlaşdırırlar. Özüm də həmin görüşdən sonra düşündüm ki, artıq hərəkətlər etdim. Özümə bu hərəkətləri yaraşdırmadım. İstəməzdim, belə şeylər olsun. Həmin vaxt özümdən çox çıxmışdım. İndi gənc güləşçilər bizə baxıb nümunə götürür. İstəməzdim, belə hərəkətlərimizi ibrət götürsünlər.

Əgər video təkrara baxsanız, görərsiniz ki, hakimin yanında oturub sakitcə qərarı gözləyirəm. Həmin vaxt hakim mənə dedi ki, rahat ol, 2 xal sənindir. Bunu eşidəndə sevindim və rahatlaşdım. 1 xalı gördükdən sonra öz məşqçilərimizə dedim ki, siz də bir söz deyin. Orada bir dəfə qərar veriləndən sonra, ikinci dəfə icazə yoxdur. Qərardan sonra xalça üzərində tək qaldım. Məşqçilərimiz də mənə dəstək məqsədilə xalça üzərinə yanıma gəlməli idilər. Düzdür, onların gəlməyi də bir şeyi dəyişməyəcəkdi. Lakin yenə də, bizim güləşimizə yaraşmır. Firdovsi müəllim orda olsaydı, 100 faiz məni tək qoymazdı. O da öz dəstəyini göstərərdi. Dəfələrlə bizə görə qırmızı kart da alıb. Bildiydiniz kimi, yarışlara 1 həftə qalmış o tərk edib getdi”.

Verilişin tam videosunu təqdim edirik:

Bölmə: Müsahibə-Reportaj | 02 oktyabr 2019 17:03





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: