BolgeXeber.Com » Ölkə » Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu

Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu

4-10-2019, 16:45
Oxunub: 2 946 Beyləqanda  14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurduBeyləqanda məktəbliləri maşın vurub

APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən üç yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.