XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Niderland Hollandiyadan imtina edir

Niderland Hollandiyadan imtina edirNiderland hökuməti Hollandiya adının istifadəsindən imtina etmək qərarına gəlib

Bu barədə “The Guardian” qəzeti məlumat verir. Bildirilir ki, ölkənin qlobal imicini yeniləmək üçün Hollandiya əvəzinə yalnız rəsmi adından istifadə olunacaq. Biznes liderləri, turizm şurası və mərkəzi hökumətin dəstəklədiyi milli rebrendinq 2019-cu ilin sonunda dərc olunacaq. Ölkə rəhbərliyi beynəlxalq aksenti bu ölkənin narkotiklə istirahət və Amsterdamın qırmızı fənərlər rayonu kimi, adətən assosiasiya olunduğu milli həyatının müəyyən aspektlərindən sapındırmaq istəyir. Onlar, həmçinin turistlərin yalnız Amsterdama deyil, ölkənin digər bölgələrinə də səfərini təşkil etməyə çalışacaqlar. Niderland yeni strategiyası çərçivəsində özünü bütün dünyaya “qlobal problemlərin həlli üçün yeni texnologiyaların istehsalçısı” kimi təqdim etməyi planlaşdırır. Qeyd edilir ki, Niderland adı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları və Rotterdamda baş tutacaq “Eurovision-2020” musiqi yarışmasında da istifadə olunacaq. Ölkə hüdudlarından kənarda Hollandiya kimi tanınan milli futbol komandası da artıq yalnız Niderland adlandırılacaq.
Bölmə: Siyasət | 05 oktyabr 2019 10:47





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: