BolgeXeber.Com » Xəbərlər » Sürücüsü olmayan maşın hərəkətə gəlib piyadanı vurdu - Azərbaycanda qəribə hadisə

Sürücüsü olmayan maşın hərəkətə gəlib piyadanı vurdu - Azərbaycanda qəribə hadisə

5-10-2019, 17:03
Oxunub: 2 855 Sürücüsü olmayan maşın hərəkətə gəlib piyadanı vurdu - Azərbaycanda qəribə hadisəGəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb.

İlkin məlumatlara görə, içərisində sürücüsü olmayan avtomobil anidən hərəkətə gəlib və binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub.

Nəticədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.