BolgeXeber.Com » Dünya » Oğlunu kəmərlə döyən prezident: "Hərdən xeyirlidir..."

Oğlunu kəmərlə döyən prezident: "Hərdən xeyirlidir..."

7-10-2019, 11:00
Oxunub: 5 043 Oğlunu kəmərlə döyən prezident: "Hərdən xeyirlidir..."Belarus prezidenti Aleksandr Lukaşenko övladlarını kəmərlə döyüb.

Qaynarinfo xəbər verir ki, A.Lukaşenko bu barədə uşaqlarının tərbiyəsindən söz açan zaman məlumat verib.

"Yaxşı kəmər uşağa hərdən xeyirlidir. Viktor böyük oğul kimi məndən öz payını alıb. Dima isə bunu görüb özünü yaxşı aparıb" , - deyə Belarus prezidenti bildirib.

Aleksandr Lukaşenko ailə tərbiyəsində qərb təcrübəsindən yox, slavyan ənənələrindən istifadəyə üstünlük verdiyini açıqlayıb.