BolgeXeber.Com » Dünya » Mövlud Çavuşoğlu: "Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlıyıq"
Mövlud Çavuşoğlu: "Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlıyıq"
7-10-2019, 12:26
Oxunub: 4 972
"Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.
“Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”, - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 6-da ABŞ Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı aparmasına, təhlükəsizlik bölgənin yaranmasına razılıq versə də, bu prosesdə iştirak etməyəcəyini açıqlayıb. Məlumata görə, ABŞ hərbçiləri artıq Suriya-Türkiyə sərhədindəki ərazidən çıxıb. (Report)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər