BolgeXeber.Com » Xəbərlər » Qaxda partlayış: dörd yaralı

Qaxda partlayış: dörd yaralı

8-10-2019, 11:43
Oxunub: 2 153 Qaxda partlayış: dörd yaralıQax rayonunda partlayış baş verib.

Oxu.Az xəbər verir ki, Qax rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayarkən partlayış olub.

Nəticədə, birliyin dörd işçisi xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Fakt araşdırılır.