“Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et!
8-10-2019, 19:19
Oxunub: 3 968
Məhsul və xidmətlərini hər zaman müştərilərinin tələblərinə uyğun şəkildə formalaşdıran “Nar”, abunəçilərinə ən sərfəli təkliflərdən olan “Full” paketini təqdim etməkdədir
“Full” paketlərini seçən “Nar” abunəçiləri internet və dəqiqə bonuslarını sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində istifadə etmədikləri bonusları növbəti aya keçirə bilirlər. Azərbaycan mobil rabitə bazarında yalnız “Nar” abunəçilərinin yararlana bildiyi “Çevir” xidməti isə “Full” istifadəçilərinə ehtiyaclarına uyğun şəkildə dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişmək imkanı verir.
Özündə bol danışıq, meqabayt və digər bonusları birləşdirən 6 müxtəlif “Full” paketi abunəçilərin də marağına səbəb olub. Belə ki, tarifə qoşulanların sayı son bir ildə iki dəfə artıb.
Sərfəli imkanlar təqdim edən “Full” paketlərinə qoşulmaq və daha ətraflı məlumat əldə etmək üçün http://www.nar.az/full səhifəsinə daxil ola bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə