XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO

Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTOSəhləbad kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi.

Bolgexeber.com xəbər verir ki, layihə çərçivəsində rayonda səfərdə olan Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas Tərtər rayon İcra Hakimiyyətində oldu. Rayon rəhbəri qonağa təmas xəttində yerləşən rayon haqqında ətraflı məlumat verdi.

Sonra tədbir Səhləbad kəndində davam etdirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Litva Respublikasının Azərbaycandakı səfiri Cənab Egidijus Navikas, səfirin köməkçisi Dalija İgnatavisiute, AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev, layihənin koordinatoru Məmməd Kətanov, Tərtər rayon AzQAC-nin bölməsinin sədri Etibar Heydərov, kənd sakinləri, müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Belə meydançaların inşasının daha da geniş hal alacağına ümidvar olduğunu bildirdi. Litva Respublikasının Azərbaycandakı səfiri cənab Egidijus Navikas çıxış edərək rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçrilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirərək əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev çıxışında görüş iştirakçılarına Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun salamlarını və arzularını çatdıraraq Ölkəmizdə fəaliyyət göstərən Litva səfirliyinin son üç ildə aparılan humanitar fəaliyyətləri dəstəkləməsini xüsusi vurğuladı.

Sonda Təhlükəsiz Oyun Meydançası uşaqların istifadəsinə verildi.
Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO
Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO
Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO
Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO
Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO
Tərtərin Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi-FOTO
Bölmə: Bölgə | 08 oktyabr 2019 19:32





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: