BolgeXeber.Com » Ölkə » Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI

Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI

9-10-2019, 14:02
Oxunub: 3 239 Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDIDaxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.

Bolgexeber.com xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.
Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI