XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - FOTO

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - FOTOBakıda xeyli vətəndaşı xarici ölkəyə ziyarətə aparmaq adı ilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İsmayılov Xəyal Nazim oğlu özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları Kərbəlaya aparacağını söz verib və hər bir şəxsdən 300-600 manat arası pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar onu tapa bilməyiblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin şəxs bu yolla 100-ə yaxın adama pul “atıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Xəyal İsmayılov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə gətirilib: “Bu şəxs əvvəllər də bir qrup şəxs tərəfindən törədilən soyğunçuluğa görə məhkum olunub. Vətəndaşları müqəddəs ziyarətgahlar olan – Məkkə, Kərbəla, Məşhəd və digər müqəddəs yerlərə ziyarət turları təşkil etmək adı ilə onların əmlakını mənimsəyib.

Hazırda bununla bağlı polisə 5 vətəndaş ərizə ilə müraciət edib. Onlar da ərizələrində bu faktı qeyd ediblər. Həmin şəxslə bağlı 29-cu Polis Bölməsi tərəfindən təhqiqat davam etdirilir. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Buna görə də vətəndaşlardan xahiş olunur ki, bu şəxsin dələduzluq əməllərindən zərər çəkən varsa, aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etsinlər. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanına təqdim ediləcək”.
Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - FOTO
Bölmə: Xəbərlər | 09 oktyabr 2019 17:31





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: