XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədi-FOTO

İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədi-FOTOFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində keçirilib

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
Alı Alıyev həmçinin sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki, həqiqətən də, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.


Alıxanlı kəndinin ümumi əhalisi 4000 nəfərdi, hal-hazırda 1500 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 3000 nəfərə hər ay 180000 manat vahid aylıq müavinət ödənilir, 8 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Alıxanlı kəndində 21 şəhid ailəsi vardır. Kənd sakinlərindən 430 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 198 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.


Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com
İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədi-FOTO
İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədi-FOTO
İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədi-FOTO
İcra başçısı kənd sakinlərinin şikayətlərini dinlədi-FOTO
Bölmə: Bölgə | 10 oktyabr 2019 10:23





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: