BolgeXeber.Com » Xəbərlər » Diqqət: Ucuzdur deyib almayın, aldadıla bilərsiniz

Diqqət: Ucuzdur deyib almayın, aldadıla bilərsiniz

10-10-2019, 16:14
Oxunub: 2 054 Diqqət: Ucuzdur deyib almayın, aldadıla bilərsinizBəzi şəxslər kreditlə aldıqları mobil telefonları ya kiçik mağazalara, ya da onlayn alış-veriş saytları vasitəsi ilə telefonun kreditdə olduğunu bildirmədən daha ucuz qiymətə satırlar

Belə olan vəziyyətdə telefonun krediti ödənmədiyinə görə şirkət tərəfindən məhkəməyə verilərək imei kodu bağlanılır.

EkoNews xəbər verir ki, belə hadisədən biri də Nəsibov Nurlan Əfqan oğlunun başına gəlib.

Redaksiyamıza müraciət edən Nəsibov Nurlan bildirib: "Bir müddət öncə onlayn alış-veriş saytı olan tap.az-da Samsung a7 markalı, 2018-cil il istehsalı olan telefonun 250 manata satıldığını görərək, elanda qeyd edilən nömrəyə zəng edib razılığa gəldim. Daha sonra özünü Bakı sakini kimi təqdim edən Samir adlı şəxslə görüşərək telefonu ondan aldım. Bir neçə gün sonra telefonu yoxlatdırdığım zaman məlum oldu ki, həmin telefon kreditdədir və artıq bir aydır gecikməsi var. Telefonu aldığım şəxsə zəng etsəm də, onun verdiyi nömrəyə zəng çatmadı. Daha sonra bununla bağlı telefonu kreditə vermiş ABC Telekom MMC-yə müraciət edərək mənə kömək etməklərini xahiş etdim. Amma onların cavabı mənə heç bir kömək edə bilməyəcəkləri və ödəniş edilmədiyinə görə vaxtı çatdığında telefonun imei kodunu bağlayacaqları oldu”.

Məsələ ilə bağlı ABC Telekom MMC-nin qeyd etdiyi nömrəyə zəng etdik. Operator xanımın bizə dedikləri də eyni oldu. Xanım bu mövzuda heç bir köməklik edə bilməyəcəklərini, telefonu alan şəxsin kimliyini isə ancaq məhkəmə yolu ilə öyrənə biləcəklərini qeyd etdi: "Bizdə müştəri məlumatları gizli saxlanılır, ancaq kredit ödənişi gecikdirildikdə həmin şəxs məhkəməyə verilir və telefonun imei kodu bağlanılır”, - deyə əlavə etdi.

Elə isə Nəsibov Nurlan yaranan problemi necə həll edə bilər? Görünür "ABC Telekom"la mübahisəni həll etmək üçün yeganə yol məhkəmə müstəvisidir.