XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək olduÖlkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir. Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib.

Bolgexeber.com xəbər verir ki, oktyabrın 10-da “ADA”-da keçirilən “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki, tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt əldə edirlər.

“Nar” və “ADA” Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında “ADA” Universiteti Fondu ilə əməkdaşlıq, Universitetin tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.

Ölkənin ən gənc mobil operatoru “Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu
“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu


Bölmə: İqtisadiyyat | 10 oktyabr 2019 19:01





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: