XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdi

Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdiBu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Ailə, Mülki-Prosessual və Mülki məcəllələrdə dəyişiklik gözlənilir.

Həmçinin “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərdən danışıb.

O deyib ki, dəyişiklik layihələri Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.

Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini ehtiva edir.

Eyni zamanda, bu prosesdə şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məsələlərini əhatə edir.

Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların üç pilləli uçotu aparılır.

Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib ki, təklif olunan əlavə və dəyişikliklər övladlığa götürmə sahəsində şəffaflığın təmin olunması, məsuliyyətliliyin artırılması və idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.

Müzakirə olunan qanun layihələrinin baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Bölmə: Sosial | 11 oktyabr 2019 18:41





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: