XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Builki Nobel mükafatçıları məlum oldu

Builki Nobel mükafatçıları məlum olduAzərbaycanlılar niyə bu ödülü ala bilmir?

Nobel mükafatının fizika üzrə 2019-cü il laureatlarının adlarını artıq açıqlanıb. Qaliblər kanadalı Ceyms Piblz və İsveçrədən olan Mişel Mayorla Didye Kelo olub. Hər üç şəxs İsveç Kral Elmlər Akademiyası tərəfindən elan edilən astronomiya sahəsində tədqiqat mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, mükafatın məbləği 9 milyon İsveç kronudur.

Xatırladaq ki, fizika üzrə Nobel mükafatı 2018-ci ildə amerikalı alim Artur Eşkin, fransalı Jerar Mur və kanadalı Donna Striklendə verilmişdi.

Qeyd edək ki, tez-tez Nobel mükafatı, onu alan laureatlar ətrafında müzakirələr aparılır. Bəziləri bu mükafatın ədalətli verilmədiyini qeyd edir.

Mövzu ilə bağlı ekspert Etibar Əliyev “Yeni Müsavat” danışıb. O deyib ki, Nobel mükafatları əvvəllər əsasən 5 üzrə verilirdi: “Bunlar fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat , sülh sahələri idi. 1969-cu ildə İsveçrə bankının 300 illiyini qeyd edərkən Nobelin vəsiyyəti pozuldu və həmin vaxtdan başlayaraq iqtisadiyyat sahəsi üzrə də mükafat verilməyə başladı.

Əlbəttə ki, bu mükafata yanaşmalar müxtəlifdir. Demək olar ki, dünyanın ən nəhəng və ən nüfuzlu mükafatıdır. Məlum olduğu kimi bu mükafat 1901-ci ildən verilməyə başlayıb. Əgrə bu mükafatın verilməsində hansısa qüsurlar, tərəf saxlama, eyni zamandan layiq olmayan şəxslərə verilsəydi əlbəttə ki, bu mükafatın nüfuzuna böyük zərbə vurardı. Doğrudur komitələrdə bəzən hansısa laureatla bağlı mübahisələr olub, hətta komitələrdə istefalar da müşahidə edilib. Lakin buna baxmayaraq mükafat öz nüfuzunu itirməyib. Xüsusilə elm sahələrində, o cümlədən fizika, kimya, iqtisadiyyat sahələrində konkret kəşf, ixtira olmalıdır ki, bu mükafat verilsin. Və bu kəşf sadəcə bir neçə nəfərin qiymətləndirdiyi kəşf deyil, dünyanın tanınmış tədqiqat mərkəzlərinin alimlərinin tanıdığı kəşflər olub. Yəni bu kəşflər tanınandan sonra elan olunur. Məsələn, qan qrupunun, rentgen şüalarının, antibiotikin, fotosintez prosesinin, elektronun kəşfi və sairə. Yəni, göründüyü kimi bunlar böyük kəşflərdir.

Ədəbiyyat üzrə isə həmişə mübahisə yaranıb. O halda mübahisə yaranır ki, o ölkələrdə yazıçıların əksəriyyəti tanınmır və yazıçılar konkret olaraq öz dillərində yazıblar. Məsələn, bir neçə il bundan əvvəl Çin yazıçısı Mo Yan Nobel alanda hər kəs təəccüblənmişdi. Çünki həmin yazıçı Çin dilində yazırdı. Sonradan onun əsərlərini rus dilinə çevirəndə məlum oldu ki, o böyük yazıçıdır".

Etibar Əliyev ile ilgili görsel sonucu

Etibar Əliyev mükafatlandırmanın böyük proseslərdən keçdiyini qeyd etdi:

“Qeyd etdiyim ki, mükafat böyük proseslərdən sonra verilir. Məsələn, Türkiyə kimi elm və təhsili inkişaf etmiş bir ölkədə cəmi iki nəfər bu mükafata layiq görülüb. Əziz Sancar kimya sahəsində, Orhan Pamuk isə ədəbiyyat sahəsində alıb. Gürcülər, ermənilər, Ukrayna alimləri, Belarus alimləri mükafata layiq görülə bilməyiblər.

Qeyd edim ki, Əziz Sancar Türkiyədə qalıb, tədqiqatlarını aparsaydı, bəlkə də mükafata layiq görülə bilməzdi. Əksər mükafat alanlar öz tədqiqatlarını Amerika və bu kimi böyük ölkələrdə aparıb".

“Azərbaycanda niyə Nobel mükafatı alan yoxdur?” sualımıza ekspert bu cür cavab verdi:

“Azərbaycana gəldikdə, elm sahələri, xüsusən də fizika, kimya, tibb sahələri bizdən aralanıb, elə bir əlçatmaz məkanda qərarlaşıb ki, praktiki olaraq bunu sözlə ifadə etmək çox çətindir.

Lakin bu günə qədər 19 yaponiyalı Nobelə layiq görülüb. Və maraqlıdır ki, həmin şəxslər məhz Yaponiyada öz işlərini aparıb, bu mükafata layiq görülüblər. Demək, Yaponiya elmi də artıq öz sözünü deməyə başlayıb.

Beləliklə, bu mükafata layiq görülmək proses uzun illər tədqiqat proseslərindən, gənc, hətta məktəb yaşlarından tədqiqatlara başlamaqdan keçir".
Bölmə: Mədəniyyət | 12 oktyabr 2019 09:53





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: