BolgeXeber.Com » Dünya » "Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatdı

"Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatdı

12-10-2019, 11:58
Oxunub: 4 448 "Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatdıSuriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 399 terrorçunun məhv edildiyi deyilirdi.

“Fərat çayının şərqinə doğru “Barış bulağı” əməliyyatı gecə boyunca uğurla davam etdirilib. PKK, PYD/YPG terrorçularına aid mövqelərə havadan və qurudan zərbələr endirilib. Beləcə ümumilikdə 415 PKK/PYD terrorçusu məhv edilib”, - məlumatda belə deyilir.(APA)