BolgeXeber.Com » Bölgə » Külək Ucar rayonunun bəzi kəndlərini işıqsız qoyub

Külək Ucar rayonunun bəzi kəndlərini işıqsız qoyub

9-04-2011, 15:25
Oxunub: 5 565
Küləyin gücü zəiflədikdən sonra enerji təminatı bərpa olunacaq.

Bu gün Ucar rayonunun ərazisində əsən külək rayonun bəzi kəndləri və rayon mərkəzinin bir hissəsini işıqsız qoyub. Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədovun Bolgexeber.com-a verdiyi məlumata görə, külək nəticəsində bir çox elektrik xətlərində açılmalar olub, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Onun sözlərinə görə, küləyin gücü zəiflədikdən sonra enerji təminatı bərpa olunacaq.

Rayon ərazisində elektrik enerjisinin verilməsində problemin tez-tez yaranmasının əsas səbəbi isə elektrik dirəkləri və naqillərinin həddən artıq köhnəlməsi ilə bağlıdır.