“Azerinews.org” xəbər portalı haker hücumuna məruz qalıb
17-04-2013, 12:35
Oxunub: 4 652
Ölkənin tanınmış xəbər portallarından birinə haker hücumu edilib. Bu barədə Bolgexeber.com-a «azerinews.org» portalından xəbər verilib.
Portalın rəhbəri Fikrət Fərhadoğlu bildirir ki, son iki gün ərzində xəbərlərin yenilənməsi mümkünsüz olub: «Texniki işçilərimizin apardığı araşdırmalardan aydın olub ki, portalımıza davamlı surətdə edilən haker hücumları nəticəsində adminin fəaliyyətində problemlər yaranıb».
Haker hücumunun istiqamətinə gəlincə isə, Fərhadoğlu bildirdi ki, onlarda Almaniya ilə bağlı araşdırma yazısı yer alandan sonra bu hücumlar intensivləşib: «Bizim server də Almaniyada yerləşir. Və problemin də hostdan qaynaqlandığı deyilir».
Oxucularından üzr istəyən Fərhadoğlu yaxın müddət ərzində portalın əvvəlki fəaliyyətinin bərpa olunacağını da bildirdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə