BolgeXeber.Com » Müsahibə-Reportaj » Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işi...”

Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işi...”

15-10-2019, 14:23
Oxunub: 6 718 Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işi...”Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində Fransa ilə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, Şenol Günəş Türkiyə millisinin oyuna lider gəlib, lider döndüyünü deyib.

“Lidər gəldik, lider döndük. Amma güclü bir komandaya qarşı oynadıq. Bu qədər əməyin qarşılığı olaraq, bu bərabərlik və lider olmağımız bizi sevindirir", - deyə baş məşqçi bildirib.

Baş məşqçi mətbuat konfransında fransız jurnalistin siyasi sualına özünəməxsus şəkildə cavab verib:

"Biz ölkəmizdə qalmaq istəyirik, heç bir ölkəyə getmək istəmirik. Burada bir zorakılıq olsa, fransızlar da üzülər. Əsgər salamı vermək pis bir niyyət yoxdur. Əsgərlərimizi birini öldürsün deyə göndərmirik. Özümüzü qorumaq üçün edirik. Bu mənim işim deyil, Trampın, Makronun işidir. Onlar dünyanı idarə edirlər. Bu sualı mənə verməyin. Mən komandanı güclə idarə edirəm".

Xatırldaq ki, dünən oynanılan Fransa-Türkiyə oyunu 1-1 hesabı ilə bitib.

Qeyd edək ki, Avro-2020 seçmə mərhələsi çərçivəsində dünən keçirilən Fransa-Türkiyə matçda fransız rejissorlar senzura tətbiq ediblər.

Oyunun 76-cı dəqiqəsində fransalı futbolçu Olivye Jiru komandasını önə keçirib. Türkiyə millisindən cavab qolu 82-ci dəqiqədə Kaan Ayhandan gəldi. Stadiondakı 30 min türk azarkeşi qolu böyük coşqu ilə qarşılayıb. Qolu qeyd edən Türkiyə millisinin futbolçuları üçün türk azarkeşlərin sektora doğru qaçıblar. “Barış Pınarı” əməliyyatını dəstək olaraq qolu əsgər salamı ilə qeyd ediblər.


Fransız rejissorları oyunun bu anını senzuralayıblar. Təkrarı uzun müddət göstərmək istəməyən fransızların bu hərəkəti etiraza səbəbi olub.