BolgeXeber.Com » Xəbərlər » Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinin rəsmisi:"Yazılanlar həqiqətə uyğun deyil"

Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinin rəsmisi:"Yazılanlar həqiqətə uyğun deyil"

15-10-2019, 16:38
Oxunub: 2 939 Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinin rəsmisi:"Yazılanlar həqiqətə uyğun deyil"Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinin rəsmisi açıqlamasında saytımıza bildirmişdir ki,yazılanlar həqiqətə uyğun deyildir və böhtandır

Bu gün bəzi mətbu orqanlarda Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinin rəis müavini, polkovnik-leytenant Afiyyədin Leysanovun fəaliyyəti haqda ittiham edici yazı dərc olunmuşdur. Bolgexeber.com səslənən ittihamlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinə müraciət etmişdir. Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinin rəsmisi açıqlamasında saytımıza bildirmişdir ki,yazılanlar həqiqətə uyğun deyildir və böhtandır. İdarədən bildirdilər ki, ümumiyyətlə polkovnik-leytenant Afiyyədin Leysanov Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsində 1 aya yaxındır çalışır və öz xidməti vəzifəsini layiqincə yerinə yetirir.