BolgeXeber.Com » Ölkə » "BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...

"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...

16-10-2019, 16:35
Oxunub: 3 981 "BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...Qeyd etmək istyirik ki, nə qədər yazırıq, nə qədər şikayət olur olsun supermarketlər öz "qara" işlərini davam edirlər

Bu gün Bayıl qəsəbəsində yerləşən yeni "BAZARSTORE"-də idim. Alış veriş edərək kassaya yaxınlaşdım.
Əvvəla onu deyim ki, o boyda supermarketdə cəmii 2 kassa işləyirdi. İkisindədə növbə. Ümumən şöbələrdədə işçi qıtlığı hiss olunurdu. Bir şöbədə nə isə öyrənmək üçün, gərək 3-4 dəfə çağıra idin ki, kimsə sənə yaxınlaşsın.Nə isə keçim əsas məsələyə. Kassanın qarşısında məndən əvvəl bir yaşlı kişi dayanıb növbəsini gözləyirdi. Kassir cavan oğlanda müştərilərin mallarını kassaya vurub yola salır. Əvvəla nədənsə kassaya nəyin və necəyə vurulduğunu müştıri görə bilmir. Bu barədə bir qədər sonra qeyd edəcəm. Yaşlı kişi aldığı ət və kolbasanı kassirə verərək onu kassaya vurmasını istədi. Kassir vurdu və müştəriyə 44man 70 qəpik dedi. Və bundan sonra şahidi olduğum olay baş verdi:

Müştəri o dəqiqə kassirlə mübahisəyə başladı ki:
-A bala mənim kartımda 44 manat pul var və ona görədə elə götürmüşəm ki, pulum çatsın.Nəsə düz deyil, birdə vur.
Kassir müştərini sakitləşdirmək üçün o tərəfdən marketin menecerini çağırdı (Sonra bildim ki menecerdir) Menecer kassada qurdalanıb yenidən vur dedi.
İkinci dəfə kassir vurdu:
- Dayı 44 manat 30 qəpik- dedi
Müştəri
- A bala ola bilməz, bax kassasız sayaq.
Kassir bir elektron hesablama maşınkası gətirdi və 2 malın qiymətini hesablamağa başladılar.
Müştəri:
- Bax ət 34 man 95 qəpik, kolbasa isə rosiyski, 8 man.11 qəpik. Bu necə edir? 43 manat 06 qəpik.
Kassir yenə meneceri çağırdı və onlar nəsə danışıb müştəridən malın həqiqi qiymətini aldılar.
Biz isə bu zaman növbədə idik.İşin belə qəlzləşdiyini görüb tez 3 -cü kassanı açdılar ki, növbədə olanlar gedsin o biri kassaya.
Mənim bir müştəri kimi niyə kassa ilə malın üstünə vurulan qiymətlərin düz gəlmədiyi sualıma isə menecer kassanın səhv vurduğunu dedi.
Lakin niyə və nə zamandan kassanın səhv vurduğunu demədi.

Axı əgər kassa səhv vururdusa, deməli bizdən əvvəl olanların hamısında səhv hesablanıb. Yoxsa kassa seçmə yolu ilə səhv hesablamaz.
Bütün bunları menecerə deyəndə, onun heç tüküdə qıpırdamadı.
Axırıncı sözü isə
- Ged nə yazırsan yaz, hara şikayət edirsən et - dedi.

Beləcə bizi supermarketlərdə aldadırlar. Və, bayırda bir müştərinin dediyinə görə qəsdən belə az kassa işlədirlər ki, növbə olsun və basabasda dayanmaqdan bezmiş alıcılar kassada nəyin necə vurulduğunu görməsinlər. Kassada vurulan malların qiymətini görmürsən. Sənin mallarının içinə sadəcə onların vurduğu malların siyahısı olan çek qoyulur. Kim o çeki evdə gedib yoxlayır ki? Kassanın yanında, yəni kassirin arxasında müştərinin gözündən uzaq bir tablo var imiş və əslində orda bütün vurulan mallar müştəri üçün görünürmüş.Lakin nə sirri xudadırsa onu müştərilər görəı bilmirlər.Bizim kassanın qarşısıda mübahisəmizdən sonra o elektron tablonu ortaya çıxartdılar.
İndi siz sayın gün ərzində nə qədər müştəri olur Və kassa nə qədər müştəri üçün səhf çeklər vurub pulunu alır.Görəsən bu pullar kimin cibinə gedir?
Teref.az
"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...
"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...