BolgeXeber.Com » Ölkə » Bəzi taksi şirkətləri insan həyatı ilə oynayır – “utillik” maşınlar da taksi xidmətinə cəlb olunur

Bəzi taksi şirkətləri insan həyatı ilə oynayır – “utillik” maşınlar da taksi xidmətinə cəlb olunur

16-10-2019, 10:51
Oxunub: 3 831 Bəzi taksi şirkətləri insan həyatı ilə oynayır – “utillik” maşınlar da taksi xidmətinə cəlb olunurİlqar Hüseynli: “İstismar müddəti bitən avtomobillərin taksi kimi fəaliyyət göstərməsi düzgün deyil”

Ətraf mühiti çirkləndirən vasitələrdən biri də avtonəqliyyatdır. Belə ki, il ərzində avtonəqliyyat 80 faizə qədər ətrafı çirkləndirir. Ekoloqların fikrincə, avtonəqliyyat vasitələrində əsasən istismar müddətini başa vurmuş köhnə avtomobillər bu payda daha üstünlük təşkil edirlər. Məlumat üçün bildirək ki, bir müddət əvvəl istismar müddəti tam bitmiş, yararsız halda olan taksilərin xətdən çıxarılacağı bildirilirdi. Eyni zamanda, sovet vaxtı istehsal olunan maşınların taksi xidmətindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılsa da, hələ ki, şəhərdəki mənzərə bunu deməyə əsas vermir.

Qeyd etdiyimiz kimi, istismar müddətini başa vuran taksilər hələ də sərnişinlərin ixtiyarındadır. Ucuz taksi şirkəti kimi fəaliyyət göstərən şirkətlərin, nədənsə, balansında istismr müddəti bitmiş, sınıq-salxaq avtomobillərdir. Bu hal daha çox “9933”, “1188”, “3399”, “8855” xidmətərində müşahidə olunur.

Bu günlərdə ucuz taksi xidmətindən istifadə edən sərnişin Şamil Heydərov sifariş verdiyi taksinin yararsız vəziyyətdə olduğunu müşahidə edib. O bu haqda sosial şəbəkədə məlumat paylaşıb. Qeyd olunur ki, son zamanlar taksi sahəsində vəziyyət çox acınacaqlıdır: “Əvvəllər sifariş verəndə sovet maşınlarından köhnə VAZ 2107 sifarişə gəlirdi, sonra köhnə OKA, indi isə SABİ gəlir. Özü də çox pis vəziyyətdə. Hətta oturacaqlar o gündə olur ki, özünlə gərək döşəkcə götürəsən ki, oturanda dəliyə düşməyəsən. Belə taksilərin olmaması daha yaxşıdır. Çünki burada təhlükəsizliķ qorunmur. Avtomobilin qapısını əlinlə tutub mənzil başına gedirsən. Təsəvvür edin əyləc basılsa və ya manevr edilsə, maşından çölə çıxma ehtimalı 90 faiz olacaq. Belə maşınlar, ümumiyyətlə, Bakı şəhərinə buraxılmamalıdır”.

“…şəhərin görkəmini, ekologiyanı pozmaqla yanaşı, insanların həyatı üçün təhlükə yaradırlar”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, istismar müddəti bitən avtomobillərin taksi kimi fəaliyyət göstərməsi düzgün deyil: “Bu tip maşınlar şəhərin mənzərəsini pozur, ekoloji və texniki baxımdan da nasazdırlar. Ən əsası, istismar müddəti bitən avtomobillərin hərəkətdə olması insanların həyatı üçün təhlükədir. Bu formada maşınlar maşın qəbiristanlığında olmalıdır. Ümumiyyətlə, özünə hörmət edən sürücülər belə avtomobilləri idarə etməməlidirlər”.


/”Bakı-Xəbər”