XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tər analizi ilə diabetə necə nəzarət etmək olar?

Tər analizi ilə diabetə necə nəzarət etmək olar?Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.

Trend-in məlumatına görə, Moskva Dövlət Universitetinin (MDU) kimya fakültəsinin alimləri biosensorun prototipini təqdim ediblər.

Yeni biosensor bədəndəki təri fasiləsiz olaraq analiz edir və qanın tərkibində normadan artıq şəkərin miqdarı barədə xəbərdarlıq edir. Biosensor qlükooksidaz fermenti daxil edilmiş platin elektroddan ibarətdir. Onun daxilində tərdə olan qlükoza qlükooksidazla birləşir və nəticədə hidrogen peroksid yaranır. Bu maddə isə qlükozanın səviyyəsini müəyyən edir.

MDU-nun laboratoriyalarında könüllülər üzərində keçirilən testlər zamanı aydın olub ki, qanda şəkərin miqdarının müəyyən edilməsinin yeni metodu diabetin monitorinqi məqsədilə qanla tər arasında olan korrelyasiyanı ölçməklə həyata keçiriləcək.

Yeni cihaz şəkərli diabetdən əziyyət çəkənləri tez-tez qan analizi verməkdən xilas edəcək və yüz milyonlarla diabetli insanın həyatını yaxşılaşdıracaq.
Bölmə: Dünya | 17 oktyabr 2019 09:55





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: